"Xocalı soyqırımını törədən cinayətkarlar indiyə qədər məsuliyyətə cəlb olunmayıblar. Azərbaycanın tarixində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı çox geniş miqyaslı cinayət, soyqırım aktları törədil, bu sözləri Modern.az-a açıqlamasında xarici işlər nazirnin müavini Xələf Xələfov deyib. O bildirib ki, 20-ci əsrin sonunda belə bir cinayətin törədilməsi ağlabatan deyildi.
"Çünki müasir sivilizasiya ən azından bunu məntiqlə qəbul edə bilmirdi. Buna baxmayaraq bu cinayət ermənilər tərəfindən törədildi. Bu, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər xronologiyasında ən ağırı idi. Bu, Ermənistan tarixində qara bir ləkədir.
Düşünürəm ki, Erməsitan buna cavab verməli olacaq. Bizim borcumuz ondan ibarətdir ki, bu gün Xocalı soyqırımına təkcə siyasi qiymət vermək yox, həm də onun hüquqi qiymətinin verilməsini təmin edək. Bunun üçün Azərbaycan qurumları öz fəaliyyətini davam etdirməlidir, beynəlxalq qurumlar bu işə cəlb olunmaldır. Bu istiqamətdə araşdırmalar aparılır və düşünürəm ki, beynəlxalq qurumların cəlb olunması ilə bu cinayətə qiymət vermək üçün müəyyən bir hüquqi mexanizm yaradılması mümkündür.
Tanınmış beynəlxalq hüquqsünaslar bu işə cəlb olunmalıdır ki, tribunal vasitəsi ilə bu cinayətkarlar məsuliyyətə cəlb olunsun. Azərbayacan xalqının və dövlətinin buna potensiyalı çatacaq və bu gün inkişaf edən dövlətimizin bu istiqamətdə apardığı işlər son nəticədə Xocalı şəhidlərinin qanını yerdə qoymayacaq, cinayətkarlar cəzalarını alacaq”.
"Bütün dövrlərdə nə vaxtki danışıqlar prosesi konkret məcraya yönəlir və nə vaxt ki, Ermənistan sülh prosesini davam etdirmək üçün addımlar atmaldır, işğal olunmuş əraziləri boşaltmaldır, onda bu təxribatlar daha da güclənir.
Növbəti təxribatlar Ermənistan tərəfindən danışıqlar prosesini yayındırmaq məqsədi ilə həyata keçirilib, ikinci isə dünya artıq Ermənistanın "şıltaqlığından” doyub, "status-kvo” dəyişməlidir, işğal olunmuş ərazilər azad edilməlidir ki, regionda sülhə nail olunsun.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !