Yeniavaz.com xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.
Yazıda qeyd olunub ki, Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi "mirzələr" də var. Belə "mirzələr" onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı dövlət orqanlarına ard-ardınca əsassız müraciətlər göndərməyi özlərinin əsas məşğuliyyətinə çeviriblər. Bunlardan özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərib.
Prezident Administrasiyasına müraciət edən müəlliflərin bir qisminin məsələlərinə dəfələrlə baxılıb müvafiq cavab verilsə də, onlar hər il israrla çoxsaylı müraciətlər göndərməkdədirlər. Onların bir çoxunun şikayətləri qanunun tələblərinə uyğun olaraq araşdırıldığına baxmayaraq, həmin şəxslərdən Administrasiyaya illərdən bəri müxtəlif mövzularda çoxsaylı müraciətlər daxil olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !