Bu universitetdə təhsil almaq istəyənlər Dini-Psixoloji Komissiyadan keçəcək

11:52 | 30.06.2015
Bu universitetdə təhsil almaq istəyənlər Dini-Psixoloji Komissiyadan keçəcək

Bu universitetdə təhsil almaq istəyənlər Dini-Psixoloji Komissiyadan keçəcək


Bakı İslam Universiteti universitetə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Universitetdən APA-ya verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən 2015-2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.
 
İyulun 25-də 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9-dan 13-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.
 
Bununla yanaşı, 17 may 2015-ci il tarixində 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti