Bu yolun bir hissəsində təmir yekunlaşdı - FOTOLAR

18:22 | 14.07.2016
Bu yolun bir hissəsində təmir yekunlaşdı - FOTOLAR

Bu yolun bir hissəsində təmir yekunlaşdı - FOTOLAR

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.
 
ANN.Az "Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır. Yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılır. İşlər bitən kimi metronun Neftçilər stansiyasının qarşısındakı hissə vətəndaşların istifadəsinə veriləcək.
 
Sabah səhər saatlarından etibarən isə prospektin Şirin Mirzəyev (Q.Qarayev metrosu) və Rüstəm Rüstəmov (Neftçilər metrosu) küçələri arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılacaq. Buna görə, köməkçi yol sabahdan etibarən qısa müddətlik nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Köməkçi yolun uzunluğu 750 metr, eni isə 12 metrdir.
 
Qeyd edək ki, Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 km-lik hissəsi yüksək səviyyədə təmir edilib. Burda 2 qat olmaqla 30 min m2 sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
 
Bundan başqa, piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, 1 metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb