Bulvarda həyəcanlı anlar

17:21 | 07.01.2015
Bulvarda həyəcanlı anlar

Bulvarda həyəcanlı anlar

Bakı bulvarında bir nəfər intihara cəhd edib.

ANS PRESS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

Əməliyyat saat 12:28-də başa çatıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM