Bulvarda naməlum kişi meyiti tapılıb

16:50 | 25.11.2013
Bulvarda naməlum kişi meyiti tapılıb

Bulvarda naməlum kişi meyiti tapılıb

Dənizkənarı Milli Parkda meyit tapılıb. 

ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb