Bundesliqanın ən yaxşı futbolçusu müəyyənləşdi

17:21 | 27.05.2014
Bundesliqanın ən yaxşı futbolçusu müəyyənləşdi

Bundesliqanın ən yaxşı futbolçusu müəyyənləşdi

Almaniya bundesliqasında 2013/2014 mövsümünün ən yaxşıları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, "Kicker" dərgisinin bununla bağlı keçirdiyi sorğuda ölkə çempionatında oynayan 220 futbolçu səs verib.

Səslərin 45.6 faizini toplayan "Borussiya"nın yarımmüdafiəçisi Marko Roys cari mövsümün ən yaxşı futbolçusu seçilib. M.Roysun komanda yoldaşı Robert Levandovski (17.7 faiz) ikinci, "Bavariya"nın futbolçusu Aryen Robben üçüncü olub.

Mövsümün ən yaxşı qapıçısı Manuel Noyer ("Bavariya", 27.5 faiz), ən yaxşı baş məşqçisi isə "Ausburq"un çalışdırıcı Markus Veynzeir (57.3 faiz) seçilib.

Sorğuda "Pep Qvardiola "Bavariya"nı daha da güclü etdimi" sualına bundesliqanın futbolçularının 50.7 faizi "hə", 49.3 faizi isə "yox" cavabı verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb