“Böyük Səhnə” layihəsi Qubada seçim etdi - FOTO

19:01 | 13.01.2014
“Böyük Səhnə” layihəsi Qubada seçim etdi - FOTO

“Böyük Səhnə” layihəsi Qubada seçim etdi - FOTO

“Böyük Səhnə” layihəsinin komandası “Avroviziya-2014” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçını müəyyən etmək üçün regionlarda kastinqləri davam edir.ANN.Az-a verilən məlumata görə, ötən gün Quba şəhərində keçirilən kastinq digərlərindən əsaslı şəkildə fərqlənirdi. Bu dəfə iştirakçılar arasında bir nəfər belə olsun xanım ifaçı yox idi.Kişi cinsinin nümayəndələri isə öz aralarında ikinci tura keçmək uğrunda qətiyyətlə mübarizə apardılar.Muğamın, dünya estradası hitlərinin və azərbaycan xalq mahnılarının ürəyə toxunan ifaları qarşısında münsiflər etinasız qala bilmədilər. Nəticə etibarı ilə bir çox iştirakçı tezliklə Bakıya yollanacaq. Kastinqlərin ikinci turunda onları elədə asan olmayan tapşırıq gözləyir – onlar ən yaxşı olduqlarını və böyük səhnəyə hazır olduqlarını sübut etməli olacaqlar.İkinci kastinq yanvarın 15-16 Bakıda keçiriləcək.“Böyük səhnə” – Azərbaycan teleməkanında və ölkənin şou-biznesi tarixində anoloqu olmayan yeni beynəlxalq musiqi layihəsidir. Bu  sadəcə istedad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır. Kastinqlər paytaxt daxil olmaqla ölkənin 8 ən iri şəhərlərini əhatə edəcək, Bakıdakı super-kastinqin nəticələrinə görə isə üç superfinalçı 4 həftə ərzində ən yaxşı vokal, xareoqrafiya, aktyor sənəti peşəkarlarından təhsil alacaq, səhnə obrazını, quruluşunu yaradacaq və dünya şou-biznesi peşəkarları ilə kliplər çəkəcək. Superfinalçılar məşhur Avropa prodüserlərinin himayəsi və yaradıcı rəhbərliyi altında hazırlaşacaqlar, dünyanın aparıcı səsyazma studiyalarında mahnı yazdıracaqlar, və ən yüksək dərəcəli dünya ulduzlarının bəstəkarları ilə bir yerdə mahnı yaradacaqlar. Tamaşaçıların gözləri qarşısında yaranacaq, yeni ulduzların xitləri, bütün Azərbaycanda və onun hüdüdlarından uzaqda yayımlanacaq. Və nəhayət, superfinalda hamı "Böyük Səhnənin Kralı" adını qazanacaq yeni musiqi qəhramanının adını öyrənəcək. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. Layihənin ideyası Gənclər və İdman Nazirliyinə məxsusdur, reallaşdırılması Euromedia şirkəti və ITV telekanalını tərəfindən aparılır. “Böyük Səhnə” ölkənin müsiqi səmasında yeni ulduzları alovlandıracaq. Onların adlarını tezliklə hamı biləcək!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb