Canlı efirdə qarət "YouTube"da hitə çevrilib - VİDEO

11:26 | 28.07.2015
Canlı efirdə qarət

Canlı efirdə qarət "YouTube"da hitə çevrilib - VİDEO

Bir həftəyə çarxa 7 milyon dəfə baxılıb

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində hərəkət edən velosipedçiyə motosikl idarə edən qarətçi yaxınlaşaraq tapança göstərib və çantasını ona verməyi tələb edib.

"Report" xəbər verir ki, velosipedçi ona məhəl qoymayaraq yoluna davam etmək istəyib, lakin qarətçi onun yolunu kəsib. Bu zaman kişi velosipedi atıb və qaçaraq özünü xilas edib. Qarətin şahidi olan insanlar sonra velosipedi ona qaytarıblar.

Bütün baş verənləri zərərçəkənin şlemində yerləşdirilmiş videokamera qeydə alıb. Bir həftəyə çarxa 7 milyon dəfə baxılıb.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti