Cəlilabaddakı sellə bağlı İH-dən - AÇIQLAMA

12:26 | 31.10.2015
Cəlilabaddakı sellə bağlı İH-dən - AÇIQLAMA

Cəlilabaddakı sellə bağlı İH-dən - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb. 

Rayonda yaranmış vəziyyətlə bağlı olaraq AzNews.az-a açıqlama verən icra hakimiyyətinin birinci müavini Vidadi Dövlətov bildirib ki, su basma nəticəsində kəndin bir tərəfindən digər tərəfinə keçmək üçün olan körpülərə müəyyən ziyan dəyib. 

V.Dövlətov məsələnin nəzarətlərində olduğunu da vurğulayıb.

Qeyd edək ki, yağışın yaratdığı sel suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. 

Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından elektrik enerjisinin verilməsi dayandırılıb. Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. 

Əraziyə cəlb edilən FHN-nin texnika və canlı qüvvəsi nəticəsində təhlükə aradan qaldırılıb. Rayon ərazisində hazırda da güclü yağışın yağması davam edir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM