• $
  • €
  • ₽
  • ₺
  • £

​Zakir Həsənov: "Biz hamımız döyüşlərə hazır olmalıyıq"

​Zakir Həsənov: "Biz hamımız döyüşlərə hazır olmalıyıq"
09.09.2015 19:47
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissəyə gələn Müdafiə Nazirliyinin rəhbər heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin burada ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında məsuliyyətlə iştirak etdiklərinə, Vətənin müdafiəsi üçün yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkürünü bildirərək deyib:

"İlk növbədə Vətən, xalq qarşısında borcunuzu dərk edib çağırışla gəldiyinizə görə sizə minnətdarlığımı bildirirəm. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycan dövləti daim öz ordusuna qayğı göstərərək gücünü gündən-günə artırır. Düşmənimiz birmənalı şəkildə bilməlidir ki, biz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. Danışıqlar bir nəticə verməzsə, gücümüzü göstərərək torpaqlarımızı işğaldan azad edəcəyik.

Təlimlərin ilk mərhələsini yüksək qiymətləndirərək şəxsi heyətin peşəkarlığını xüsusi qeyd etmək istərdim. Təlimlərə ehtiyatda olan hərbi vəzifəlilərin də cəlb olunmasının əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini müəyyən etməkdir. Biz buna böyük əhəmiyyət veririk. Çünki ehtiyatda olanlar ordunun bir hissəsi kimi qəbul olunur. Biz hamımız döyüşlərə hazır olmalıyıq. Bu gün biz sizinlə təlimləri poliqonlarda səhra şəraitində keçiririk. Döyüş atışları icra olunacaq. Döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün siz bu təlimlərdə ciddi iştirak etməlisiniz. Qarşıya qoyulan vəzifələri, verilən tapşırıqları dəqiq yerinə yetirməlisiniz, döyüşlərə hazır olmalısınız”.

Nazir əlavə edib ki, ehtiyatda olan hərbi vəzifəlilər bu təlimlərdə iştirak etməklə əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.

Müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və tapşırıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.

Sonra müdafiə naziri ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və hərbi hissələrə bölünməsi məntəqəsində idarə heyətinin fəaliyyəti, eləcə də şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili ilə maraqlanaraq tapşırıq və göstərişlərini verib.
Təlimlər sentyabrın 13-dək davam edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol