• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov: Nardaranda iğtişaşları işıqlandıran jurnalistlərə təzyiqi qətiyyətlə pisləyirik

Əflatun Amaşov: Nardaranda iğtişaşları işıqlandıran jurnalistlərə təzyiqi qətiyyətlə pisləyirik
29.05.2020 08:46
"Bu gün Nardaranda baş vermiş iğtişaş son dərəcə xoşagəlməz vəziyyət yaradıb. Durumun ağırlığını təsdiqləyən ilk cəhət insan tələfatının və zorakılığın qeydə alınmasıdır. Məsələnin ikinci tərəfi isə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı xoşagəlməz rəftarın müşahidə olunmasıdır”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu gün Nardaranda baş vermiş iğtişaşlar zamanı jurnalistlərə yaradılan maneələrə münasibət bildirərkən deyib.
 
Ə. Amaşov hadisə yerində işləyən bəzi televiziya və saytların əməkdaşlarının təzyiqlə üzləşdiyini bildirib.
 
"Jurnalistlərə qarşı belə təzyiqin qeydə alınması təəssüf və üzüntü doğurur. Hesab edirik ki, bu, Nardaran hadisəsinin siyasi mahiyyəti ilə bağlı cəmiyyətdə dolaşmaqda olan fikirlərin təsdiqi baxımından tamamlayıcı faktordur. Görünür, kimlərsə iğtişaş və xaos mənzərəsinin formalaşdırılması üçün mediaya təzyiq planını da düşünüb. Əks halda peşə borcunu yerinə yetirmək üçün hadisə yerinə gələn media mənsublarının fəaliyyəti əngəllənməzdi” deyə Şura sədri qeyd edib.
 
Ə. Amaşov bildirib ki, ictimaiyyətdə iğtişaşların bir qrup maraqlı şəxs tərəfindən hazırlandığına və həyata keçirildiyinə dair baxışlar var: " Haqlı olaraq irəli sürülən əsaslandırılmış məntiqi fikir və düşüncələrə də rast gəlinməkdədir. Mediaya təzyiq isə söz və ifadə azadlıqları kontekstində dəyərləndirilən məsələdir. Mövcud durumda jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdırmağa yönələn hərəkətin də sıradan bir vəziyyət olmadığını düşünmək mümkündür. Azərbaycan Mətbuat Şurası belə qənaətdədir ki, iğtişaşı yaradan amillərin aşkarlanması nə qədər aktual əhəmiyyət kəsb edirsə, jurnalistlərə qarşı kobud rəftarı doğuran səbəblərin müəyyənləşdirilməsi də bir o qədər zəruridir, mütləqdir”.
 
Ə. Amaşov qeyd edib ki, Mətbuat Şurası Nardaranda baş vermiş iğtişaşları işıqlandıran jurnalistlərə təzyiqi qətiyyətlə pisləyir: "Şura ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü tədbiri götürəcəklər”.
 
"Mətbuat Şurası günahkarların layiqli cəzalarını almaları üçün səlahiyyətləri çərçivəsindəki bütün mümkün vasitələrdən istifadə edəcək, müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaqdır” deyə Şura sədri qeyd edib.
 
Ə. Amaşov onu da vurğulayıb ki, Mətbuat Şurası media orqanlarını Nardaranda baş vermiş iğtişaşların işıqlandırılmasına həssas yanaşmağa, hadisənin mahiyyətini düzgün şəkildə çatdırmağa, cəmiyyətdə təfriqə yarada biləcək fikir və düşüncələri yaymamağa, ümumən peşə borcunu məsuliyyətlə yerinə yetirməyə çağırıb.
 
Qeyd edək ki, bu gün Nardaranda baş vermiş insidenti işıqlandırmaq istəyən ATV, İTV telekanallarının, azvision.az və report.az saytlarının əməkdaşları təzyiqə məruz qalıb, APA, APA TV və Trend agentliklərinin əməkdaşlarının isə peşə fəaliyyətlərini yerinə yetirmələrinə imkan verilməyib. . 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol