• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: “Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək”

Mübariz Qurbanlı: “Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək”
28.05.2020 22:21

"Biz xarici ölkələrdə dini təhsil almaq istəyənlərlə bağlı məhdudiyyətlər tətbiq edəcəyik. Çünki 17 yaşındakı insan gedib oxuduğu ölkədə gördüklərini Azərbaycana gətirmək istəyəcək. Hesab edirəm ki, dini islahatları davam etdirilməli, dövlət-din münasibətlərinin ideal formasını yaratmalıyıq”.
 
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, məscidlərdə qanuni imamlar fəaliyyət göstərməlidir: "Qanuni imamlar məscidlərdə moizə oxumalıdır. Ancaq bu gün Nardaran məscidində kimlərsə qanunsuz moizə oxuyur. Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürəcək. Şeyxülislama bu haqda məlumat vermişik. Nardaranda yalnız bir məscid rəsmi qeydiyyatdan keçib. Nardaranda və başqa yerlərdə radikal cücərtilərin qarşısı alınmalıdır. Biz ənənəvi islamı qorumalıyıq. Ənənəvi islam da peyğəmbərimizin sünnəsidir”.  
 
Komitə sədri əlavə edib ki, Azərbaycanın dünyəviliyinə, azərbaycançılıq ideologiyasına istənilən müdaxilənin qarşısı alınacaq: "Dövlət həmişə güzəştə gedib. Şeyxülislam bu məsələlərin həll olunmasında iştirak edib. Biz sonsuza qədər bu məsələlərə dözüm göstərə bilməzdik. Tolerantlığın da bir həddi var. Azərbaycan dünyəvilik prinsipinə söykənir. Bu da ümumxalq referendumu ilə belə olub. İslam dünyasında baş verən hadisələri hamı görür. İslam adı altında fəaliyyət göstərən qruplardan başqa dövlətlərin istifadə etdiyinin şahidiyik”.
 
M. Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri var: "Ölkə qanunları var, QMİ-nin nizamnaməsi var. Din sahəsində nə qədər uğurlarımız varsa, bu uğurların sahibi bizik. Din adından sui-istifadə varsa, bunun aradan qaldırılmasına da cavabdeh bizik. Biz başqa ölkələrin dövlət modelinin Azərbaycanda tətbiq edilməsinə imkan verməməliyik. İmkan verə bilmərik ki, kimlərsə Allah evini siyasət meydanına çevirsin. İslam dini bəndə ilə Allahın bağlılığını təmin edən dindir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol