• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov Nardaran hadisələrindən danışdı

Ramil Usubov Nardaran hadisələrindən danışdı
14.01.2016 16:13


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə iştirak edib.

Daxili işlər naziri ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahələrində əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də önəmli rolunu diqqətə çatdırıb, ötən il bu qurumun nazirliyin digər xidmətləri ilə birlikdə üzərinə düşən vəzifələri, rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirdiyini, bir sıra uğurlu tədbirlər həyata keçirdiyini, hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş nəticələrin 2014-cü ilin müvafiq göstəriciləri ilə müqayisədə bir qədər də yaxşılaşdığını vurğulayıb.

Nazir ötən il din pərdəsi altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin nəzərəçarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak etdiyini diqqətə çatdırıb.

R.Usubov şəxsi heyətin hesabat dövründəki fəaliyyətini ümumən qənaətbəxş hesab edib, cinayətkarlıqla mübarizənin digər istiqamətlərində, o cümlədən bağlı qalmış qətllərin, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu, odlu silahın tətbiqi ilə törədilən quldurluqların açılmasında, iqtisadi fəaliyyət sahəsində, korrupsiya, insan alveri cinayətləri törədən mütəşəkkil dəstələrin müəyyən edilib zərərsizləşdirilməsində Baş İdarənin aparıcı rol oynamasının vacibliyini bildirib.

Nazir müasir informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, insan alveri, məcburi əmək və digər cinayətlərin vaxtında aşkar edilib adekvat tədbirlər görülməsini, profilaktikanın hər zaman diqqət mərkəzində saxlanılmasını, nazirliyin digər əməliyyat xidmətləri və ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil dəstələrə, ölkəmizin iqtisadi təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsini tələb edib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyyələrini verib.

Daxili işlər naziri bildirib ki, şəxsi heyət Azərbaycan Respublikasının qanunlarından, dövlət başçısının fərman, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, mütəşəkkil cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində əldə olunmuş müsbət nəticələri cari ildə də uğurla davam etdirəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol