• $
  • €
  • ₽
  • ₺
  • £

Los Ancelesdə Azərbaycanın tolerantlıq ənənələri təqdir olundu

Los Ancelesdə Azərbaycanın tolerantlıq ənənələri təqdir olundu
19.01.2016 11:13
2016-cı ilin yanvar ayının 16-da ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan, Los Ancelesdə fəaliyyət göstərən Bet Ceykob Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə dair tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ANN.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev  geniş mühazirə ilə çıxış edib.   
 
Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Kalman Topp Baş Konsulluq ilə əlaqələrinin qurulmasından məmnun olduqlarını bildirərək, Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayıb. O, dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm fonunda, Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və mehriban şəraitdə yaşamalarının, tam dini etiqad azadlığından yararlana bilmələrinin olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürlərini çatdırıb.
 
Baş konsul N.Ağayev, öz çıxışında, Azərbaycanın tarixi, müstəqilliyinin bərpasından sonra keçdiyi sürətli inkişaf yolu, sosial-iqtisadi tərəqqisi, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verib.
 
Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərin böyük tarixi ənənəyə əsaslandığını qeyd edən diplomat, xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib.
 
Multikulturalizmin bir dövlət siyasəti kimi əsasının hələ mərhum prezident Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən diplomat, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini söyləyərək, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndiyini vurğulayıb. Baş konsul, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli” elan olunduğunu qeyd edərək, bunun Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
 
Çıxışın qısa fraqmentinə bu linkdə baxmaq olar: https://youtu.be/9tdEzp_CJwA

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol