• $
  • €
  • ₽
  • ₺
  • £

Keçən il Azərbaycanda hava proqnozlarının 92-95,5 faizi özünü doğruldub

Keçən il Azərbaycanda hava proqnozlarının 92-95,5 faizi özünü doğruldub
19.01.2016 15:05
Respublika üzrə tərtib olunan xəbərdarlıqların ümumi sayı 156 ədəd olub

Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Azərbaycanın rayonları və Abşeron yarımadası üzrə tərtib etdiyi proqnozların özünü doğrultması 94.6-97.5 faiz olub.

Bu barədə ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən 2015-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.
Məlumata görə, Hidrometeoroloji Proqnozlar Bürosunda (HPB) hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 630-a yaxın yarımsutkalıq, 10 minə yaxın sutkalıq, ikisutkalıq (sorğularla) və 12 ədəd aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 3 300-ə yaxın yarımsutkalıq, 7 minə yaxın sutkalıq və ikisutkalıq (sorğu), Abşeron dəniz rayonu üzrə 42 ədəd ongünlük proqnoz, Xəzər dənizi üzrə 970, Abşeron dəniz rayonu üzrə 235 xəbərdarlıq tərtib olunub ki, bunun 26-sı ifrat təhlükəli, 26-sı isə təhlükəli hidrometeoroloji hadisə haqqında olub. Respublika üzrə tərtib olunan xəbərdarlıqların ümumi sayı 156 ədəd olub.

2015-ci ildə Kür və Qanıx çayları üzrə 480 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 731 ədəd səviyyə proqnozu, 3 çay (Kür-Qıraqkəsəmən, Qanıx- Əyriçay, Araz-Qıvraq) üzrə 36 ədəd ongünlük su sərfi proqnozu, 17 çay (Kür-Qıraqkəsəmən, Qanıx-Əyriçay, Araz-Qıvraq, Zəyəmçay-Ağbaşlar, Gəncəçay-Zurnabad, Kürəkçay-Çaykənd (Toğana), Göyçay-Göyçay, Talaçay-Zaqatala, Kişçay-Kiş, Qusarçay-Kuzun, Qudyalçay-Küpçal, Vəlvələçay-Təngəaltı, Lənkərançay-Lənkəran, Viləşçay-Şıxlar, Lənkərançay-Sifidor, Naxçıvançay-Qarababa, Cəhriçay-Payız) üzrə 12 ədəd aylıq və 1 ədəd yaz-yay gursululuq dövrü proqnozu, Kür, Araz, Qanıx çayları üzrə 4 ədəd fəsillik axım proqnozu tərtib edilib.
"Azərbaycanın rayonları və Abşeron yarımadası üzrə tərtib edilən proqnozların özünü doğrultması 94.6-97.5 faiz, Xəzər dənizi üzrə 92.5-95.6 faiz, 7 iqlim bölgəsi üzrə tərtib olunan aylıq hava proqnozunun özünü doğrultması 92-95.5 faiz, respublika üzrə verilən xəbərdarlıqların özünü doğrultması 92.0-96.5 faiz, Abşeron dəniz rayonu üzrə 92.5-95.3 faiz, çaylar üzrə tərtib olunan (gündəlik, ongünlük, aylıq və fəsillik) proqnozların özünü doğrultması isə 77.7-97.4 faiz olub", - hesabat sənədində  bildirilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol