• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük komitəsi “donuz qripi” ilə bağlı məlumat yaydı

Gömrük komitəsi “donuz qripi” ilə bağlı məlumat yaydı
26.01.2016 12:43
Yanvarın 25-də bəzi kütləvi informasiya vasitələrində A (H1N1) virusuna ("donuz qripi”) qarşı gömrük və səhiyyə orqanları tərəfindən həyata keçirilən tədbirlər, ölkəmizə gələn bəzi vətəndaşların gömrük-sərhəd keçid məntəqələrində yoxlamalara cəlb edilməməsi barədə məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsinin (DGK)  mətbuat Modern.az-a verilən məlumata görə, DGK gömrük-sərhəd keçid məntəqələrində A (H1N1) virusu daşıyıcılarının müəyyən edilməsi və bu məsələlər üzrə həyata keçirilən əks-epidemik tədbirlər barədə məlumatları mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırılıb.

Görülən tədbirlər üzrə DGK  bir daha bəyan edir ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır.

Gömrük və səhiyyə orqanlarının müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər mütəmadi həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur.

Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır və xəstəliyə yoluxma əlamətləri (yüksək hərarət, öskürək, qusma və s. simptomlar) aşkar edilərsə həmin vətəndaşların təcrid olunması, sanitariya-karantin həkimləri vasitəsi ilə xüsusi müəyyən edilmiş izolyator tipli otaqlarda müayinə aparılması, fakt barədə dərhal müvafiq səhiyyə qurumlarına məlumat verilməsi mexanizmi işlənib hazırlanmışdır.

Görülən işlər gömrük orqanlarında çalışan mütəxəssislər tərəfindən sistematik olaraq nizamlı surətdə müşahidələr aparılmaqla həyata keçirilir, şübhəli hal aşkarlanmadıqda şəxslər sorğu-suala cəlb edilmirlər. Eyni zamanda, ölkə ərazisinə daxil olan bütün sərnişin daşıyan nəqliyyat vasitələrinin (təyyarələr, qatarlar və s.) bələdçiləri ilə səyahət zamanı sərnişinlər arasında hər hansı bir xəstəliyə yoluxma halının mövcud olması barədə mütləq qaydada sorğu-sual aparılır

DGK əhaliyə tövsiyyə edir ki, hər hansı şəxs səyahət zamanı istər özündə, istərsə də ətrafındakı insanlarda şübhəli hal müşahidə etdiyi təqdirdə dərhal gömrük-sərhəd keçid məntəqələrində fəaliyyət göstərən əməkdaşları məlumatlandırsın.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol