• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır"

Nazir: "Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır"
26.01.2016 13:55
"Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır".

"APA-Economics"in məlumatına görə, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən maliyyə üzrə seksiyada maliyyə naziri Samir Şərifov deyib.

Azərbaycanın davamlı iqtisadi inkişafa nail olunduğunu, ildən-ilə əhalinin maddi rifah halının yaxşılaşdırıldığını deyən maliyyə naziri bildirib ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunmasına çalışmalıdır: "Biz, cənab prezidentin də qeyd etdiyi kimi, bu nailiyyətləri qorumaqla, yeni inkişaf modeli yaratmalıyıq. Neftdən, neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması bizim qarşımızda duran əsas vəzifədir. Biz çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Biz bunun üçün ilk növbədə sahibkarlara yaxşı şərait yaratmalıyıq, dəstək verməliyik, əngəl törətməməliyik. Çünki, iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. Onlar yeni müəssisələr yaratmaqla yeni iş yerləri açırlar. Yaxşı biznes mühiti olanda, sahibkar gələcək perspektivləri başa düşəndə, o, investisiya yatıracaq".
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol