• $
  • €
  • ₽
  • ₺
  • £

“Nə olsun ki, “Daşaltı əməliyyatı”na general, müdafiə naziri rəhbərlik edirdi...” - AÇIQLAMA

“Nə olsun ki, “Daşaltı əməliyyatı”na general, müdafiə naziri rəhbərlik edirdi...” - AÇIQLAMA
26.01.2016 14:36
""Daşaltı əməliyyatı” keçirilməyə də bilərdi” - Qarabağ Veteranlar Birliyinin sədri, tağım komandiri Füzuli Rzaquliyev belə fikirləşir.

Yanvarın 26-ı Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatın 24-cü ildönümüdür. 

Azərbaycan Silahlı Qüvvələr tarixinə ən uğursuz döyüş kimi daxil olan "Daşaltı” əməliyyatında bəzi satqınlıqların olması deyilsə də, əməliyyatda yaxından iştirak edən tağım komandiri Füzuli Rzaquliyev məğlubiyyəti səriştəsizlik, vahid komandanlığın olmaması ilə əlaqələndirib: "Bu əməliyyatda ordumuzun məğlub olmasının əsas səbəbi  vahid komandanlığın olmaması, təchizat işlərinin sıfır dərəcəsində olması,  bölüklər arasında heç bir rabitə əlaqəsinin yaranmaması idi. Satqınlığın olduğu deyilir, amma bizim tağıma təyin edilmiş bələdçi sona qədər yanımızda idi. Buna görə də satqınlığın olduğunu iddia edə bilmərəm. Bu əməliyyat üçün qoşun Bakıdan gətirilmişdi. Bəlkə də əməliyyatda döyüş üçün məsafələr düzgün seçilməmişdi. Əməliyyata başçılığı sabiq müdafiə naziri, general mayor Tacəddin Mehdiyev edirdi. "Daşaltı” əməliyyatı həmişə "satqınlıq” ifadəsi ilə birgə işlədilib, amma deməzdim ki, sabiq nazir satqınlıq edib. Sadəcə, səriştəsizlik var idi. Nə olsun ki, əməliyyata rəhbərlik edən Tacəddin Mehdiyev general idi, müdafiə naziri idi, ancaq döyüşən hərbiçi başqa cür olmalıdı idi”.

 
 
Füzuli Rzaquliyev 
 
Füzuli Rzaquliyev onu da əlavə edib ki, həmin illərdə orduya, döyüşən könüllülərə etibar edib silah verilmirdi: "Məcbur idik ki, silahları özümüz tapaq. Silahları Şuşa şəhərinin yaxınlığında, Daşaltıya gedən yoldan əldə edirdik. Ancaq bu silahları bizə verməmişdən əvvəl yoxlamalı, onların atış səviyyəsinə baxmalı idilər. Çünki silahların hamısı işlənmiş idi. Atış səviyyəsi normaya uyğun gəlmirdi.  Döyüş zamanı hücuma keçirdik,  amma əlimdəki "F1”lər 250 metrdən dağılan qumbaralar idi. Halbuki bu qumbaralar müdafiə xarakterli döyüşlər üçün nəzərdə tutulub. Bundan başqa yandırıcı maddələr var idi ki, heç biri nədənsə bu əməliyyat zamanı işlənmədi. Hətta bir əsgərimizi yandırıcını evə atmaq istəyən zaman vurmuşdlar. Yəni vəziyyətimiz bu qədər ağır idi”.

Veteranlar Birliyinin sədri daha sonra Daşaltı kəndinin strateji zonada yerləşdiyini xatırladıb: "Ermənilər Şuşa və Xankəndinə gedən yollar kəsilmişdi. Tək bir yol var idi, o da Laçın rayonundan keçirdi. Ora "Həyat yolu” deyirdilər. Bu yolla döyüşən əsgərlərə silah-sursat, təchizat daşınırdı. Kənddən həmin bu yol aydın görsənirdi və Şuşaya gələn bütün texnikalar vurulurdu ki, heç bir yardım çatmasın. Hesab edirəm ki, Daşaltı əməliyyatı keçirilməyə bilərdi. Müəyyən koalisiyalarla Daşaltını nəzarətdə saxlamaq mümkün idi”. 
Keçmiş komandir əməliyyat zamanı 90 nəfər itki verdiklərini yada salıb: "Amma bir nəfər də olsun, təslim olmadı. Hətta Zaur Cəfərova adlı döyüşçümüz  düşmənə təslim olmamaq üçün son gülləsini özünə vurdu. Son gülləmizə qədər döyüşdük, vuruşduq. 80 nəfərdən çox erməni məhv etdik”.
 
 

Füzuli Rzaquliyev "Daşaltı əməliyyatı”nın əbədiləşdirilməsi təklifi ilə çıxış edib: "20 Yanvar”da hadisələri necə qəhrəmanlıq simvoluna çevrilibsə, Daşaltı əməliyyatı zamanı həlak olanların adı da əbədiləşdirilməlidir. Qarabağ Veteranlar Birliyi "Daşaltı əməliyyatı” üçün abidə hazırlamaq təklifini irəli sürüb. İstəyirik ki, bu əməliyyat zamanı həlak olanların adları orada qeyd olunsun”.
 
Orxan Aslanlı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol