• $
  • €
  • ₽
  • ₺
  • £

​"Azəriqaz"ın əməkdaşı döyüldü

​"Azəriqaz"ın əməkdaşı döyüldü
26.01.2016 17:31
"Azəriqaz" İstehsalat Birliyinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu Xəzər rayonu Türkan qəsəbəsi sakinləri tərəfindən döyülüb. 

"Report"un Birliyin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, zərərçəkmişə ağır bədən xəsarətləri yetirilib.

Məlumata görə, yanvarın 25-də Birliyin əməkdaşları tərəfindən Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub və qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı Türkan qəsəbəsi, Xanlar küçəsində yaşayan Mayılov Məmmədağa, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərək, ona ağır bədən xəsarətləri yetirilib. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən "Azəriqaz" əməkdaşına ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər RPİ 1-ci Polis Bölməsi tərəfindən araşdırma aparıldığı açıqlanıb.

Qeyd edək ki, ötən il təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində respublika üzrə 7 347 əhali, 160 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 1 769 378 manat dəyərində dəymiş ziyan hesablanıb.
SOCAR-in "Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcəyini açıqlayıb.
Qurumun məlumatında qeyd edilir ki, abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması və göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması, eyni zamanda təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol