• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Azərbaycanda iki dövlət qurumu birləşdirilir
29.01.2016 11:50
Son vaxtlar təhsil naziri Mikayıl Cabbarovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında yenidən başlamış "soyuq savaş”ın səbəbi ortaya çıxıb.

"Yeni Müsavat"ın yazdığına görə, yaxın günlərdə Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdiriləcək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq. 

İddia olunur ki, hakimiyyət daxilində bu layihənin əleyhinə olanlar da var. 

Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar hesab edir ki, bu birləşmə təhsil sahəsində korrupsiyanın miqyasını artıra bilər.

Digər tərəfdən, bu qurumlar bir-birinə demək olar ki, nəzarət funksiyası yerinə yetirirdi. Yəni qurumlar arasındakı rəqabət onların bir-birilərinin fəaliyyətini diqqətlə izləməyi şərtləndirir. 

Bu qurumlar birləşdiriləndən sonra isə ortadakı rəqabət və bundan doğan nəzarət funksiyası təbii olaraq aradan qalxacaq ki, bu da təhsil sahəsinə ciddi mənfi təsir göstərə bilər. Lakin bütün bunlara rəğmən Təhsil Nazirliyi ilə TQDK-nın bir qurumda birləşdirilməsinin tərəfdarı olanlar da var. 

Onların başında isə təhsil naziri Mikayıl Cabbarov dayanır. Xüsusilə o, bu layihənin həyata keçməsinə təkid edir.

Hökumət 2016-cı il büdcəsində neftin qiymətinin 25 dollardan hesablanması üzərində işləyir və gözlənilir ki, iqtidar digər sahələrdə olduğu kimi, təhsil sahəsində də vahid qurum yaradılmasına qərar verəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol