Mard: Aİ-Azərbaycan tərəfdaşlığı hər şeydən öncə insanlar arasındakı ünsiyyət və əlaqəyə əsaslanır

Aİ-Azərbaycan tərəfdaşlığı hər şeydən öncə insanlar arasındakı ünsiyyət və əlaqəyə əsaslanır.
Trend-in məlumatına görə, bunu Bakıda "Avropa şəhərciyi"nin açılışında Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard deyib.
Xanım M.Mard qeyd edib: "Bu gün Bakıda keçirdiyimiz "Avropa şəhərciyi” tədbiri vasitəsilə hər birinizi Avropa İttifaqına səyahət etməyə dəvət edirik".
Səfir bildirib ki, bu gün Avropa İttifaqı və Azərbaycan arasında 25 il sürən tərəfdaşlığı qeyd edirik, bu tərəfdaşlıq hər şeydən öncə insanlar arasındakı ünsiyyət və əlaqəyə əsaslanır:
"Hər biriniz müxtəlif çadırlarda - Avropa İttifaqının rəqs çadırında Avropa rəqsləri edə biləcək, mətbəx çadırında Avropa ölkələrinin təamlarını dada biləcəksiniz. Bu tədbirin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirmək istəyirəm".
www.ann.az
Son xəbərlər 
Daha çox 























