• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə bəzi neft-qaz çıxarma müəssisələri ətraf mühitə ziyan vurur - SİYAHI

Xəzərdə bəzi neft-qaz çıxarma müəssisələri ətraf mühitə ziyan vurur - SİYAHI
28.05.2020 23:03
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən illik iş planına müvafiq olaraq 2015-ci il ərzində Xəzərin Azərbaycan sektorunda və şimaldan cənubadək 955 km-lik sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə ümumilikdə 2061 monitorinq keçirilib.

ETSN-dən APA-ya verilən xəbərə görə, monitorinqlər Xəzər dənizinin və onun sahil zolağının neftlə çirklənməsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istehsalat və birgə müəssisələrində, donanma sahəsində isə limanlarda, yanalma körpülərində, bundan başqa, yerli şirkətlərlə yanaşı xarici şirkətlərin əhatə dairəsində də aparılıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2015-ci il ərzində keçirilmiş monitorinqlərdə Xəzər dənizi və onun sahil zolağında fəaliyyəti zamanı ətraf mühitə mənfi təsir göstərən bəzi neft-qaz çıxarma müəssisələri qeydə alınıb. Bu müəssisələr Bahar Enerji Əməliyyat Şirkəti, "Bibiheybətneft”, ”Neft Daşları” və Ə.Əmirov adına neft-qazçıxarma idarələridir (NQÇİ).
 
 
Təhlillərin nəticəsinə görə "Neft Daşları”, "Bibiheybətneft”, Ə.Əmirov, N. Nərimanov adına NQÇİ-lərdə və "Bahar Enerji” ƏŞ-də, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan götürülən su nümunələrində neft məhsullarının miqdarı normadan artıq müəyyən edilib.

Bakı şəhərinin sahil zolağında Sahil və Pirallahı Bioloji Təmizləyici Qurğularından (BTQ), Hövsan kanalı, 32-ci kanal, Zığ və Xocəsən Mexaniki Təmizləyici Qurğular, Azadlıq prospekti, Y. Səfərov küçəsi, 8-ci km qəsəbəsi, Keşlə və Əhmədli kollektorlarından təhlillər üçün götürülən su nümunələrində kimyəvi çirkləndirici komponentlərin miqdarı normadan artıq, ekotoksikoloji baxımdan kəskin zəhərli və mikrobioloji baxımdan çirkli olduğu aşkar olunub.

Qeyd edilib ki, monitorinqlər zamanı respublika ərazisindən Xəzər dənizinə axıdılan 239 axar qeydə alınıb. Həmin axarlardan götürülən 4775 su, qrunt, qazma məhlulu, şlam və torpaq nümunəsi üzərində fiziki-kimyəvi, kimyəvi, mikrobioloji, bioloji və ekotoksikoloji təhlillər aparılıb. Hesabat dövrü ərzində keçirilən monitorinqlər zamanı götürülən su, qrunt, qazma məhlulu, şlam və torpaq nümunələri üzərində 22269-u analitik, 12876-sı bioloji və ekotoksikoloji, 17540-ı isə mikrobioloji olmaqla, ümumilikdə 52685 təhlil aparılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol