Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi
![Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi](https://anews.az/photo/850x500/2016-02/1456729722_q-863.jpg)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.
ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən, regional şöbənin rəisi polis polkovniki Anar Əkbərov və onun müavini polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər