• $
  • €
  • ₽
  • ₺
  • £

2 gün sonra magistraturaya ilk imtahan keçiriləcək

2 gün sonra magistraturaya ilk imtahan keçiriləcək
04.03.2016 23:45
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 6-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirəcək.

"Qafqazinfo” xəbər verir ki, respublikanın altı şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəranda ümumilikdə 41 imtahan mərkəzində aparılacaq imtahan saat 13.00-da başlanacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə bu il fevralın 10-dan 19-dək aparılıb. Ərizə qəbulu haqqında elan, elektron ərizələrin doldurulma qaydası, qəbul imtahanlarında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı və digər zəruri məlumatlar "Magistr” jurnalının ikinci nömrəsində və Komissiyanın rəsmi internet resurslarında bakalavrlara təqdim olunub. İmtahanda iştirak etmək üçün 24 min 110 (ötən il 23 min 231) bakalavr ərizə təqdim edib. Onlardan 21 min 822 nəfəri Azərbaycan bölməsi, 2 min 288 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

İmtahana nəzarətçi-müəllimlər nəzarət edəcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol