• $
  • €
  • ₽
  • ₺
  • £

Əkrəm Əylisli: Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam

Əkrəm Əylisli: Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam
28.05.2020 22:21
"O əsər artıq siyasi kontekstdən çıxıb, ədəbi taleyini yaşayır”.

Yazıçı Əkrəm Əylisli martın 30-da Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılmasının detallarını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, Ə.Əylisli APA-ya bildirib ki, hava limanında saxlanılarkən münaqişə yaratmayıb:

"Ömrümün ən azı 60 ilini yazıçı həyatı yaşamışam. Bundan sonrakı həyatımın kiçicik parçasını da yazıçı kimi yaşamaq istəyirəm.  Aeroportda mənimlə bağlı baş verən hadisənin nəyə və kimə lazım olduğunu anlamaqda çətinlik çəkirəm.

Aeroportun polis idarəsində məntiqsiz və mənasız izahat yazıldığının şahidi oldum. Amma bu üsullar artıq köhnəlib. Bu izahat, söz yox ki, məni yolumdan saxlamaq istəyənlərin özlərinə haqq qazandırmaq məqsədi daşıyır”.

Ə.Əylisli hər kəsi bir-birinə inanmağa və qorumağa çağırıb:

"Sivil dövlət olduğumuza dünyanı inandırmaq üçün bizim bundan savayı yolumuz yoxdur. Sovet dövründə və ondan sonrakı dövrdə neçə-neçə beynəlxalq tədbirdə Azərbaycanı ləyaqətlə təmsil etmişəm. İndi bu missiyadan nəyə görə məhrum edilməliyəm? Buna heç bir səbəb tapa bilmirəm. Əgər bu olanlar "Daş yuxular”la bağlıdırsa, o əsər artıq siyasi kontekstdən çıxıb, ədəbi taleyini yaşayır”.

Ə.Əylisli əlavə edib ki, rəsmi məlumatda göstərilənlər təyyarə yola düşdükdən sonra olub:

"Əgər mən hər hansı nalayiq hərəkət etmiş olsaydım, o kameralarda əks olunmalı idi. Ona görə də bizi ayrı otağa apardılar, guya mən kamera olmayan yerdə münaqişə yaratmışam. Mənə izahatı göstərdilər. Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam, yumruğun yeri qaralıb və bununla bağlı ekspertizanın rəyi də var”.

Yazıçı əlavə edib ki, saxlanılarkən xarici pasportu alınıb və geri qaytarılmayıb.

Qeyd edək ki, dünən yazıçı Ə.Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Yazıçı axşam saatlarında sərbəst buraxılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol