• $
  • €
  • ₽
  • ₺
  • £

ADU əməkdaşları TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak etdi

ADU əməkdaşları TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak etdi
29.05.2020 11:21
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar və  Linqvodidaktika kafedralarının əməkdaşları "Peşəkar Məqsədlər üçün İngilis dilinin tədrisi” (FLEPP) adlı TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edib.
 
Esseks Universitetinin professoru Thomas Desmond tərəfindən aparılan təlimlər "A2-B2 səviyyələri üzrə akademik yazı və danışıq üçün qiymətləndirilmə tapşırıqları”, "Danışıq və yazı qiymətləndirməsində standartlara cavab verən və elmi təsviredicilər”, "Qiymətləndirmə tapşırıqlarını inkişaf etdirmək məqsədi ilə əməkdaşların birgə işində həmkar-müşahidə vəsaitləri”, "Qiymətləndirmədə standartlaşdırma və təkmilləşdirmə prosedurları” mövzularını əhatə edib.
 
Debat və diskussiyalar şəklində aparılan təlimdə müəllimlərin fəal iştirakı müşahidə olunub. Sonuncu sessiyada iştirakçılar aparılan təlimlərlə bağlı yazılı şəkildə öz müsbət rəylərini bildiriblər və belə təlimlərin mütəmadi keçirilməsini təklif olunub.
 
Qeyd edək ki, təlimdə Gəncə Aqrar Universiteti, Baki Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyasının əməkdaşları da iştirak edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol