• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin əmək haqlarının hesablanmasında yenilik olacaq

Müəllimlərin əmək haqlarının hesablanmasında yenilik olacaq
29.05.2020 09:56
"Müəllimlərin diaqnostik qiymətləndirilməsi müvafiq qaydaya uyğun olaraq ölkənin digər şəhər və rayonlarında da aparılacaq.

 Bundan sonra strategiyaya uyğun şəkildə əmək haqqı islahatının ikinci mərhələsinə - differansial, yəni, peşəkarlıq səviyyədən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi planlaşdırırıq".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub: "Belə ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin orta aylıq əmək haqqısı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb".

M. Cabbarov eyni zamanda, müəllim şagird nisbətində əsaslı irəliləyişlərə nail olunduğunu da xatırladıb: "Bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan 1:12 nisbətinə yüksəlib".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol