• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian European Club sentyabr ayında keçiriləcək tədbirlər proqramını açıqlayıb

Caspian European Club sentyabr ayında keçiriləcək tədbirlər proqramını açıqlayıb
23.08.2016 10:59
Sentyabr ayında Caspian European Club (Caspian Business Club) çərçivəsində dövlət strukturlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri İlham Əliyevin rəhbərliyi ilə biznes və investisiya mühitinin yaxşılaşması, biznes-hökumət dialoqunun fəallaşması üzrə keçirilən islahatlar çərçivəsində bu proseslərin sürətlənməsinə şərait yaradan və əksəriyyəti müsbət nəticə verən xeyli tədbirlər təşkil olunur.

"Biz biznesə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarıq və 15 ildir bu prosesin fəal iştirakçısı olduğumuzdan xeyli məmnunuq. Hal-hazırda Caspian European Club-un (Caspia Business Club) bütün sahə klubları və işçi komitələri iqtisadiyyatın müxtəlif sahələrində biznes üzrə problem və təkliflərin tədqiqinin nəticəsi əsasında hesabat hazırlayırlar. Həmin hesabatlar şəxsən Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri İlham Əliyevə təqdim olunacaq”, - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, 2016-cı il sentyabr ayından dekabradək dövrü əhatə edən mərhələdə nazirlik və dövlət qurumlarının başçılarının, şirkət və təşkilat rəhbərlərinin iştirakı ilə sıx tədbirlər, biznes-forum və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Xüsusilə sentyabrda Caspian European Club (Caspian Business Club) çərçivəsində dövlət qurumlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların təşkili planlaşdırılır.

T.Əliyevin sözlərinə görə, 2016-cı il sentyabrın 7-də Caspian European Club (Caspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə biznes-forum təşkil olunacaq.

Daha sonra 2016-cı il sentyabrın 16-da Caspian European Club (Сaspian Business Club) çərçivəsində "Barattson School of Business and Finance” tədris mərkəzinin banisi və direktoru Elşən Rəhimov "Maliyyə Hesabatlarının Beynəlxalq standartları 15 – müştərilərlə müqavilələrdən əldə edilən gəlirlər” mövzusunda seminar keçirəcək.

Telman Əliyevin sözlərinə görə, həmin tədbir zamanı Caspian European Club-un (Caspian Business Club) sentyabrın 13-də başa çatacaq İdarə Heyətinə seçkilərin nəticələri də elan ediləcək. Səsvermənin yekununa əsasən İdarə Heyətinə yeni seçilmiş üzvlərdən sahə klublarının və işçi komitələrin rəhbərliyi formalaşdırılacaq.

Ardınca 2016-cı sentyabrın 21-də Caspian European Club (Сaspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.

Qeyd edək ki, 2016-cı ilin sonunadək Azərbaycan Respublikası vergilər naziri Fazil Məmmədov, Maliyyə Bazarları üzrə Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Azərbaycan Respublikası maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digərlərinin iştirakı ilə biznes-forum və dəyirmi masaların təşkili planlaşdırılır.

Telman Əliyevin bildirdiyinə görə, Caspian European Club (Caspian Business Club) çərçivəsində keçiriləcək biznes-forumlar dövlət qurumları ilə özəl sektor arasında əlaqələrin təşkilinə kömək edəcək ki, bu da öz növbəsində sahibkarların gündəlik fəaliyyətlərindəki problemlərinin tez bir zamanda həllinə səbəb olacaq.

 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol