• $
  • €
  • ₽
  • ₺
  • £

“İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi” kitabı nəşr olundu

“İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi” kitabı nəşr olundu
29.05.2020 11:51
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı kitabı çap olunub.

Əsərin elmi redaktoru Şərqşünaslıq İnstitutunun "Cənubi Azərbaycan” şöbəsinin müdiri Səməd Bayramzadə, rəyçiləri isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, AMEA-nın Tarix İnstitutunun "Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri Həsən Əlibəyli və AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur.

S.Talıblının kitabı günümüzün çox aktual və mühüm problemlərindən birinə həsr edilib. Bu gün də davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi monoqrafiyada planlı, xronoloji ardıcıllıq, tarixi faktların elmi-məntiqi təhlili yolu ilə, beynəlxalq hüquq normalarının tələb etdiyi çərçivədə şərh edilib.

Əsərdə İranın Qafqaz siyasətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz milli və region maraqları çərçivəsində atdığı addımlar İran-Ermənistan, İran-Azərbaycan münasibətləri fonunda, eyni zamanda da regionda maraqları təmsil edilən Rusiya və ABŞ kimi super güc dövlətlərin nüfuz dairələri nəzərə alınmaqla müqayisəli təhlil əsasında açıqlanmışdır.

Kitabda İran İslam Respublikasının (İİR) xarici siyasətinin nəzəri əsasları, İİR-in Cənubi Qafqaz siyasəti, eləcə də İran-Azərbaycan münasibətləri, İranın Ermənistan siyasəti və s. məsələlər geniş təhlil və tədqiq edilmişdir. 

Qeyd edək ki, Sübhan Talıblının kitabı Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarına əsasən nəşr olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol