• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiya şirkətləri Azərbaycanda dərman zavodu tikəcək

Yaponiya şirkətləri Azərbaycanda dərman zavodu tikəcək
07.09.2016 14:42
Yaponiya şirkətləri tərəfindən Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur.
 
ANN.Az-ın Səhiyyə Nazirliyinin "Tibb” qəzetinə istinadən verdiyi xəbərə görə, bu haqda Azərbaycanda səfərdə olan Yaponiyanın "Nipro Pharma” və "JGC” dərman şirkətlərinin nümayəndələri məlumat veriblər.  
 
"Nipro Pharma” dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura bildirib ki, zavodun tikintisinə başlamazdan Azərbaycanda hansı dərmanlara nə qədər tələbatın olması, hansı preparatların istehsalının məqsədəuyğun olması və bir sıra bu kimi məsələlərlə bağlı araşdırma aparılmalıdır: "Hazırda bizim partnyorumuz Azərbaycan üzrə iri distributor şirkətlərindən biridir. Nipro Pharma şirkətinin istehsal etdiyi dərmanlarla həmin şirkətin məhsullarını müqayisə edib, müəyyən nəticəyə gəlməyə çalışırıq. Bunun üçün ən azı bir il vaxt lazım olacaq. Araşdırmalardan sonra isə biznes plan hazırlayıb, bilavasitə zavodun tikintisini planlaşdırırıq”.

S. Kavamuranın sözlərinə görə, ilk növbədə Azərbaycanda Nipro Pharma dərman şirkətinin 300-ə yaxın məhsulunu istehsal etməyi planlaşdırılar: "Əgər həmin məhsullardan əlavə preparatlara tələbat olarsa, Yaponiyada Nipro Pharmanın partnyoru olan çox sayda şirkətlər var ki, onlar da öz məhsullarını burada istehsal edə bilərlər və hətta bu barədə düşünürlər”.

S. Kavamura qeyd edib ki, məqsəd təkcə Azərbaycan bazarında olmaq deyil: "İstehsal olunan dərman preparatlarını, eyni zamanda, xarici dövlətlərə də ixrac etməyi düşünürük. Dərmanların keyfiyyəti məsələsi bizim üçün buna görə də prioritetdir. Əgər yüksək keyfiyyətli məhsullar istehsal olunmasa, onları ixrac edə bilmərik. Əlbəttə ki, sırf istehsal baxımından yanaşsaq, Azərbaycanda istehsalın daha ucuz qiymətə başa gələcəyini deyə bilərik. Amma burada digər faktorlar da var. Məsələn, xammal, qablaşdırma məhsulları xaricdən idxal ediləcək. Bundan sonra Azərbaycana daha ucuz qablaşdırma məhsulları gətirmək üçün araşdırmalara başlayacağıq. Əgər bununla bağlı məqsədimizə nail ola bilsək, dərmanların indikindən daha ucuz qiymətə bazara çıxarılmasını təmin edə bilərik”.
 
Səfər çərçivəsində "Nipro Pharma” və "JGC” dərman şirkətlərinin nümayəndələri baş nazirin müavini Abid Şərifov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşüblər. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol