• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəb bağlandı

Bakıda məktəb bağlandı
19.09.2016 14:54
Yeni tədris ilindən Bakıda fəaliyyət göstərən Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin fəaliyyəti dayandırılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, 161 nömrəli məktəbin müəllim-şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb. 

Məktəbdən fakt təsdiqlənib və bildirilib ki, bu ildən məktəbə qəbul dayandırılıb və bağlanıb. Müəllimlər öz dərs saatlarına uyğun olaraq digər məktəblərə yerləşdirilib.
 
Bakı şəhəri üzrə Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, idarədə hazırda mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir. Şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir.
 
Qeyd olunub ki, son illərdə ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bununla yanaşı, Bakıda meqapolisin inkişaf istiqamətlərinin bir sıra hallarda mövcud məktəb şəbəkəsinin imkanları ilə üst-üstə düşməməsi halları da müşahidə edilir. Şəhərin müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində Binə, Binəqədi və Sulutəpə kimi yaşayış qəsəbələrində şəbəkədə həddən artıq sıxlıq yaranıb. Bu il elektron qeydiyyat sistemi vasitəsilə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaradıb. Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul prosesi başa çatdıqdan sonra Təhsil Nazirliyinə bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol