• $
  • €
  • ₽
  • ₺
  • £

700 bal toplayan tələbələr: "Kənd üçün darıxırıq..."

700 bal toplayan tələbələr: "Kənd üçün darıxırıq..."
25.09.2016 12:26
"Bakı mənə qəribə gəlir, şəhər həyatına öyrəşə bilmirəm.."

Bu il qəbul imtahanlarında 700 bal toplayan tələbələrin bir neçəsi bölgələri təmsil edir. Ali təhsil almaq üçün Bakıya üz tutan rekordçular şəhər həyatı, təhsil aldıqları universitetlərlə bağlı təəssüratlarını AzVision.az-la bölüşüblər.

Bakı Ali Neft Məktəbinin tələbəsi olan Sultanlı Nadir bildirib ki, ali təhsil müəssisəsində şahidi olduğu mənzərə gözlədiyindən də yaxşıdır. 

"Mən Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsində təhsil alıram. Burada vəziyyət gözlədiyimindən də yaxşıdır. Müəllimlərin dərs keçmə üsulu xoşuma gəlir. Kollektivimiz çox səmimi və peşəkarlardan ibarətdir. BANM-ı seçdiyimə peşman deyiləm”. 

Tibb Universitetinin tələbəsi, əslən İsmayıllı rayonundan olan Ağalətif Lətifov isə dərslərin çətin olduğundan gileylənib: "Tibb Universitetində təhsil almaq o qədər də asan deyil. Dərslərin çətin olduğunu eşitmişdim, amma bu qədərini təsəvvür etmirdim. Müəllim heyətindən, təhsil sistemindən razıyam. Çalışıram bütün dərslərə hazırlaşım, qiymətlərim əla olsun”.

A.Lətifov doğulduğu kənd üçün darıxdığını deyib: "Şəhər həyatına hələ öyrəşməmişəm. Çalışıram mühitə uyğunlaşım. Yataqxanda 3 nəfərlə birlikdə qalıram. Kənd üçün, ailəm üçün darıxıram”.

Bu il 700 bal toplayan tələbələrdən biri də Təbriz Qasımovdur. O, əslən Kürdəmir rayonundandır: "İlk günlərdə Bakı mənə qəribə gəlirdi. Müəllimlərə və tələbə yoldaşlarıma öyrəşməyə başladım. Düzdüz, dərslərim çətindir. Çalışıram pis qiymət almayım. Dərslərdə aktiv olmaq üçün əlimdən gələni edirəm. Ailəm üçün, rayonum üçün darıxıram. Amma nə edək, oxumaq lazımdır”.

T.Qasımov onlara ev təklifi edilsə də, bundan imtina etdiyini, qohumunda qaldığını söyləyib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol