• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan niyə ölümdən qorxur?

İnsan niyə ölümdən qorxur?
25.09.2016 21:03

Ölüm qorxusu tamamilə təbiidir, necə ki, dünyaya bağlılıq və sevgi də təbiidir. Biz ona görə qorxuruq ki, həyatımıza ziyan dəyəcəyini zənn edirik. Biz eyni zamanda məğlubiyyətlərdən, bədbəxtliklərdən, fəlakətlərdən ona görə qorxuruq ki, həyatımızın təbii halını təhlükəyə salırlar. Çünki əgər biz xəstə olsaq, həyatdan ləzzət almaqdan məhrum olarıq.

ANN.Az deyerler.org-a istinadən bildirir ki, xüsusilə də əgər bu xəstəliklər və ya başqa bədbəxtliklər bizi ölümə tərəf aparırsa, daha çox qorxuya səbəb olar. İnsan üçün xəstə olmaq ölməkdən daha yaxşıdır. Çünki xəstəlik həyatla əlaqəni qət etməz. Ancaq əgər ölümlə nəticələnərsə, həyatla olan bağı kəsmiş olar ki, bu onun üçün çox qorxulu və dəhşətli görünər. Ölümdən qorxmağın çox sayda amili vardır ki, onlara işarə edək:


1. Həyata olan sevgi.
İmam Əli (ə) buyurur: "Diqqət edin ki, insan nəhayət bütün dünya ləzzətlərindən tox olar, həyat ləzzətindən başqa. Çünki heç kəs ölümdə rahatlıq görmür".


Hətta alimlər və ariflər də bunu qəbul edir ki, bizim bütün hiss və düşüncələrimiz dünya həyatı mehvəri üzərində tənzim olunmuşdur. O vaxta qədər ki, bu hisslərdən bəhrələnirik, dünya həyatı və ləzzətlərini əldən vermək istəmirik. Mötədil bir insan da həyatı sevər. Dünyanı və onun gözəlliklərini sevər. Arzu edər ki, həmişəlik sağ qalsın.


İnsan ən çətin anlarında belə əlini dünyadan üzmür. Çünki dünyaya olan sevgi qeyri-iradəvi bir hissdir. İnsan həyatın ən acı anlarını ölümdən üstün bilir.


İmam Əli (ə) ölümü arzulara çata bilməmək amili kimi tanıtmış və buyurmuşdur: "Ölüm - sizinlə hədəfləriniz arasına fasilə salar".


Ona görə də bəzi mütəxəssilər tədqiqatlarından sonra bu nəticəyə gəlib çatıblar ki, insanın ölümdən qaçmağının səbəblərindən biri də hədəflərinə çata bilməmək qorxusudur. Bəziləri üçün ömrünün neçə il olması mühüm deyildir, bəlkə mühüm olan odur ki, hansı arzusuna çata bilibdir. İmam Əli (ə) buyurur: "Əgər insan əcəl və aqibətini bilsəydi, arzuları ilə və arzuların aldatması ilə düşmənçilik edərdi".


2. Əməlinin az olmasından nigaran olmaq.
İmanlı insanlar hər bir şəraitdə öz əməllərini çox az hesab edərlər. Ona görə də ölümdən nigarandırlar. İmam Əli (ə) buyurur: "Agah ol ki, qarşıda ağır və uzun yolun vardır ki, sizin bu yolu getməyinizdə tofiqiniz ondan asılıdır ki, layiqli şəkildə səy edəsən və bacardığın qədər azuqə toplayasan və günah yükünü yüngülləşdirəsən ki, onun ağırlığı bu yolda çətin və əziyyətvericidir. Davamlı olaraq bacardığın qədər axirətə azuqə göndər. Yoxsullara yardım et ki, bu yolla azuqəni onların çiyninə qoymuş olarsan ki, Qiyamət günü sənə qaytarsınlar. Bacardığın qədər infaq et və əgər səndən borc istəsələr, qənimət bil. Əgər borcla kiminsə əlindən tutsan, o biri dünyanın çətin günlərində sənin əlindən tutar".


3. Günahın çox olması.
Möminlərin ölümdən qorxmaqlarının amillərindən biri günahın çoxluğudur. İmam Əli (ə) buyurur: "Elə olma ki, çoxlu günahlarına görə ölümü naxoş biləsən". Çünki əgər günahımız az olsa, Mövla kimi ölümdən qorxumuz da olmazdı.


4. Tövbədən qabaq ölmək qorxusu.
İmam Əli (ə) buyurur: "Tövbənin hasili nəfsin ədəbsizliyinin cobran edilməsidir". İnsan daima səhv və xəta qarşısında olduğu üçün Mehriban Allah da bu səhvlərini bağışlamaq üçün ona tövbə yolunu açmışdır və tövbələrini qəbul edər. Ancaq insan bəzən nəfsani istəklərinin vəsvəsəsinə görə tövbədən lazımlı qədər bəhrələnmir.
İnsanlar bəzən tövbə etməyi qəsd edirlər. Ancaq onu təxirə salırlar. Bəzən buna müvəffəq olurlar və bəzən də ölüm insanı yaxalayır və tövbə etməyə fürsət qalmır. Ölüm insan həyatını sonlandırar və əməl dəftərini bağlayar.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol