• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK

Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
19.10.2016 12:21
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən məlumatların sayı artırılıb.

Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında 10 oktyabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

Bundan sonra elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları və vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar çipə daxil ediləcək.

Qeyd edək ki, indiyə qədər vəsiqə verən orqan elektron daşıyıcının (çipin) yaddaşında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları üçün nəzərdə tutulmuş boş sahə saxlayıb. Vətəndaş şəxsiyyət vəsiqəsini təhvil aldıqdan sonra öz istəyi ilə akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə müraciət etdikdə, həmin mərkəz vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatları, elektron imza yaratma (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) və elektron imzanı yoxlama məlumatlarını şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edib. 

Dəyişikliyə əsasən isə bundan sonra vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərəcək.

Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradacaq və "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərəcək. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil ediləcək və  sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdiriləcək.

Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət  edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirəcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol