• $
  • €
  • ₽
  • ₺
  • £

Nardarandan YENİ XƏBƏR var

Nardarandan YENİ XƏBƏR var
08.12.2016 10:37
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində başlanmış yenidənqurma işləri tamamlanmaq üzrədir.
 
Bu barədə Trend-ə qəsəbə sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, qəsəbədə avtomobil yollarının genişləndirilməsi prosesi yekunlaşıb və yeni yol sakinlərin istifadəsinə verilib. Ərazidə yolun tikintisi ilə əlaqədar sökülən obyektlər və həyətyanı sahələr bərpa edilib:

"Qəsəbənin mərkəz yolları təmir edilib, genişləndirilib, yolların kənarları abadlaşdırılıb. Qəsəbədəki Rəhiməxanım ziyarətgahına gedən yol da genişləndirilib. Həmin ərazidə yolun genişləndirilməsinə mane olan obyektlər sökülüb".

Sakinlərin sözlərinə görə, ziyarətgaha gedən yolun genişləndirilməsi zamanı yenidən qurulan yolun təhkim zolağına düşən karvansara bərpa edilib. Hazırda karvansara normal fəaliyyət göstərir və bina dövlət tərəfindən qorunur. Qəsəbədə yaxın vaxtlarda yeni mədrəsənin tikintisi başa çatdırılacaq və sakinlərin istifadəsinə veriləcək. Qəsəbədə həmçinin, müasir üslubda iki mərtəbəli Mədəniyyət evinin tikintisi də başa çatdırılıb.

Görülən işlər çərçivəsində qəsəbədə bütün mənzil və obyektlərin qaz, işıq və su xətləri yenilənib. Qəsəbədə normal şərait yaradılıb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum tərəfindən Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələri yenidən qurulub:

"Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin ehtiyat fondundan "Azəravtoyol” ASC-yə ayrılan vəsait hesabına bu küçələrdə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işləri aparılıb. Qəsəbədə 2360 metr uzunluğunda Abşeron küçəsinin yenidənqurmadan əvvəl hərəkət zolaqlarının sayı iki, eni isə orta hesabla 8 metr olub. Küçənin uzun müddət təmir edilməməsi, ensizliyi, hərəkət hissəsinin sıradan çıxması, səkilərin və işıqlandırma sisteminin olmaması nəqliyyatın və piyadaların hərəkətində böyük çətinliklər yaradırdı. Yolun eni genişləndirilərək dördzolaqlı olmaqla 18 metrə çatdırılıb. Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Abşeron və Nəsrulla Əsgərov küçələrinin kəsişməsində yeni dairə inşa olunub".

A. Nəcəfli qeyd edib ki, Nardaran qəsəbəsinin mərkəzindən Rəhimə xanım ziyarətgahına qədər 1050 metr uzunluğunda Nəsrulla Əsgərov küçəsinin eni əvvəllər 6 metr olub. Yolun eni genişləndirilərək 16 metrə çatdırılıb. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb. Hazırda bu küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Rəhimə xanım ziyarətgahının qarşısında avtomobillər üçün dayanacaq yaradılıb:

"Hər iki küçə boyu yeni hasarlar tikilib, həyətlərə dekorativ giriş qapıları qoyulub, yeni yeraltı qaz, işıq, rabitə, su və kanalizasiya xətləri çəkilib, köhnələri isə tamamilə təzələnib".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol