• $
  • €
  • ₽
  • ₺
  • £

Evdə balıq saxlayanlar, DİQQƏT

Evdə balıq saxlayanlar, DİQQƏT
08.12.2016 22:57
Canlı aləmin kiçik bir hissəsinin evinizdə olması çox xoşdur. Lakin heyvan və bitkiləri sevmək kifayət etmir. Onlara doğru qulluq etmək də lazımdır.
 
Aile.lent.az-ın bu yazısı evində balıq saxlayanlara aiddir. Balıqları saxladığınız akvariuma necə qulluq etməyi və düzgün təmizləməyi bilirsiniz?
 
Evdə balıq saxlamaq fikrinə düşmüsünüzsə, balığın növünə uyğun akvarium alın və ya internetdən sifariş edin. Balıqlardan başqa su bitkiləri, filtr, termometr və s. alınmalıdır.
 
Balıqların həyatını uzatmaq üçün akvariumu nizamlı təmizləmək lazımdır - kiçik akvariumu hər həftə, böyük akvariumu isə ayda bir dəfə.
 
Akvariuma qulluq mövsümi olaraq dəyişir. Məsələn, yay aylarında akvariuma bitkilər əkilir və suyu dəyişilir, payızda xəstə balıqlar akvariumdan çıxarılır və torpağı təmizlənir, termostatları, işıqlandırma və başqa cihazlarına nəzarət edilir. Bu işləri doğru və nizamlı yerinə yetirmək üçün balıqlar akvariumdan çıxarılıb xüsusi ehtiyat qablara qoyulmalıdır.
 
Təbii ki, balıqlar təmiz suda saxlanmalıdır. Lakin onu da qeyd edək ki, balıqların tez-tez yerlərini dəyişməsi onların sağlamlığına zərərlidir.
 
Akvariumun daxilini və dizayn dəyişikliklərini təmizlik işləri zamanı etmək lazımdır. Akvarium və aksessuarları ilıq və ya soyuq su ilə yaxşı yuyulmalıdır (sabun və başqa kimyəvi maddələrlə yumaq olmaz).
 
Suyun pH dəyərinə xüsusi indikatorlarla həftədə bir dəfə nəzarət edilməlidir. Nəzərə alın ki, suyu akvariuma krandan birbaşa tökmək olmaz. Suyun xloru yüksək ola bilər və bu, balıqlar üçün zərərlidir. Suyun xlorunu azaltmaq üçün onu bir gün saxlamaq kifayətdir.
 
Akvariumun şüşəsində günəş işığı səbəbindən tez-tez yosunlar meydana gəlir. Onları təmizləmək üçün xüsusi alətlər istifadə edə bilirsiniz. Filtrləri həftədə bir dəfə təmizləmək lazımdır.
 
Dekorativ balıqların akvariumunda qalan qida parçalarının təmizliyinə, suyun saflığına və balıqların davranışına hər gün diqqət etmək lazımdır. Artan qida hissəcikləri balıqlara yem verdikdən 10 dəqiqə sonra suyun səthindən təmizlənməlidir.
 
Akvarium alarkən diqqət edin:
 
- Akvariumu yerə uyğun seçin.
- Günəş işığı və ya süni işıqlandırma akvarium divarındakı yaşıllığı (yosunları) artırır.
- Duzlu deyil, şirin suda yaşayan balıqlara üstünlük verin.
- Balıqlara çox yem verməyin. Çünki artan yemlər çürüyür və suya zərərli maddələr ifraz etməyə başlayır.
 
Onu da vurğulayaq ki, yeni aldığınız balığı birbaşa akvariuma buraxmayın. Bir müddət ehtiyat akvariumda saxlayın (bir aya qədər). Çünki balıqlar bəzən xəstə ola bilərlər və akvariumdakı digər canlıları da yoluxdurar. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol