• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Sosial layihələr davam etdiriləcək

Deputat: Sosial layihələr davam etdiriləcək
06.01.2017 11:28
"Ötən 2016-cı il bizim üçün bir tərəfdən həm yaxşı, həm də gərgin və çətin il oldu. Gərginlik və çətinlik dünyada gedən ümumi proseslər fonunda devalvasiya və neftin qiymətinin aşağı düşməsi ölkədə ümumi iqtisadi vəziyyətə mənfi təsir etdi. Bütün bunlara, yaşanan böhranlara baxmayaraq, Azərbaycan ildən-ilə inkişaf edir”.

Bunu Milli.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Millət vəkilinin sözlərinə görə, yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda sosial xərclər azaldılmadı: "Ötən il ölkədə səhiyyə, təhsil, mədəniyyət, idman sahəsində sosial layihələr davam etdirildi. Pensiya və müavinətlər qaldırıldı.

Növbəti ilin büdcəsi təsdiq olunarkən bütün sosial məsələlər orada öz həllini tapdı. Yəni, heç bir sosial sahədə azalma olmadı.

Düzdür, böyük layihələrdə xərclər azaldıldı, amma bu tendensiya sosial məsələlərdə, xüsusən də pensiya və müavinətlərdə müşahidə edilmədi.

2017-ci ilin büdcəsində pensiya, müavinət və maaşların mütəmadi artırılması nəzərdə tutulub. Müxtəlif sosial layihələr yenə həyata keçiriləcək. Baxın görün nə qədər yollar salınır, bağçalar açılır. Bunlar yenə də davam etdiriləcək”.

Komitə sədrinin müavini qeyd edib ki, bu böhran təkcə Azərbaycanla bağlı deyil: 

"İndi bütün dünyada proses ağır gedir. Amma Azərbaycan bu vəziyyətdən çıxacaq. Baxın cənab prezident, demək olar ki, hər gün müxtəlif, xüsusən də vergi, gömrük, kənd təsərrüfatı və s. sahələr üzrə hansısa məsələ ilə bağlı sərəncam, fərman və əmrlər verir.

Məqsəd də odur ki, Azərbaycan yaranmış çətin vəziyyətdən çıxsın və xalqımız daha yaxşı dolansın, sosial və maddi rifahı yaxşılaşsın, rahat yaşasın. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, həm böhran olsun, həm də inkişaf getsin.

Amma Azərbaycan yaranmış vəziyyətə baxmayaraq inkişaf edir. Düzdür, buna nail olmaq çox çətindir, lakin dövlət başçısının səyi və hökumətin gördüyü tədbirlər öz səmərəsini verir”.

R.Əliyev hesab edir ki, indi əsas məsələ, ilk növbədə, əhalinin yaxşı yaşamasını təmin etməkdir: "Biz də millət vəkili kimi bölgələrdə olmalı, seçicilərimizin problemlərini öyrənməli, həllini tapması üçün onları müəyyən qurumların qarşısında qaldırmalıyıq. 

Elə olur ki, hansısa məsələ həllini tez tapır, digərlərində isə bir az gözləmək lazım və labüd olur. Amma insanlar bilməlidirlər ki, həm deputatlar, həm icra orqanları, bələdiyyələr və digər strukturlar onlarla yaxından maraqlanır. 

Düzdür, bəzi problemlər hələ qalır, tam aradan qalxmayıb, amma inanıram ki, onların əksəriyyəti 2017-ci ildə öz həllini tapacaq və xalqımız yenə də firavan yaşayacaq. Bu çətin mərhələdə hamı bir-birinə kömək, dəstək olmalıdır, əks halda heç nəyə nail ola bilməyəcəyik. Çalışmalı, hamımız bir nöqtəyə vurmalı, Azərbaycanı yeni uğurlara doğru aparmalıyıq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol