• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq rektorun məhkəməsi başladı

Sabiq rektorun məhkəməsi başladı
16.02.2017 19:40
Gəncə Ağır Cinayətlər Məhkəməsində Müəllimlər İnstitutunun bağlanan Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, prosesdə zərərçəkmiş İdris Əliyev ifadə verərək deyib ki, övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat pul verib. O, R.Məmmədovun həbs edilməsini istəyib.

R.Məmmədov isə ondan pul almadığını deyib.
 
İclasda ifadə verən zərərçəkmiş Mahir Həsənov isə 7250 manatının R.Məmmədov tərəfindən ələ keçirildiyini açıqlayıb. 
 
Proses fevralın 17-də davam edəcək. 
 
Qeyd edək ki, Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub. 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol