• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün 17:00-dan bu yollar bağlanacaq - SİYAHI

Bu gün 17:00-dan bu yollar bağlanacaq - SİYAHI
12.05.2017 14:43
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə əlaqədar saat 17:00-dan başlayaraq Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.

Bu tədbir İslam Həmrəylik Oyunları ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə planlaşdırılıb.

Belə ki, "Azneft” meydanı, Neftçilər prospekti, Y.Səfərov küçəsi, Heydər Əliyev prospektindən Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək. Qismən və fasilələrlə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar yol istiqamətində, 20 Yanvar dairəsi adlanan ərazidə də hərəkət istiqaməti dəyişdiriləcək. Hava limanı istiqamətinə, Bakının kənd və qəsəbələrə hərəkət edənlər isə bu gün Bakı-Hövsan, Balaxanı-Zabrat- Maştağa istiqaməti üzrə hərəkət edə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən – metronun "20 Yanvar”, "Gəncllik”, "Qara Qarayev” stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq.

Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə – metronun "20 Yanvar”, "Gənclik” və "Qara Qarayev” stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev” stansiyasından X1, "Gənclik” stansiyasından X2 və "20 Yanvar” stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq.

İslamiadanın açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması, eləcə də istiqamətinin dəyişdirilməsini nəzərə alaraq sürücülərə şəxsi avtomobillərdən istifadə etməmələrini tövsiyyə edilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol