• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanıldı

Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanıldı
08.07.2017 13:53
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 nə­fər Hindistan, 1 nəfər Banqladeş  və 1 nəfər Ni­geriya və­tən­da­şı sax­­­lanılıb.

DMX-dan Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan və­tən­daş­ları Marimuthu Suresh, Murugeshan Jayanal, Murugeshan Vignes, Manikandar Mathivazhagan, Elayaraja Radhakrishna, Vallyakalam Sebastian, Puthenpuraparmbu Majeed, Philip Rony, Cherian Sunish ölkəyə "ASAN Viza" sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər. Qeyd edilən əcnəbilərin Şri Lanka vətəndaşı Sahul Hameeduge Sanoordeen tərəfindən Azərbaycanda müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyənləşib.
 
Bundan əlavə, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Akhabue Wilfred Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları "Sport Baku Hostel"in inzibatçısı Elnur Məm­mə­dov tərəfindən on­lara təhsil pərdəsi al­tın­da müvəqqəti yaşama icazələrinin alın­ma­sı­na dair vədlər verildiyi və həmin şəxs­lə­rin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yarıdıldığı məlum ol­ub.
 
"Sport Baku Hostel"də saxlanılmış Banqladeş vətəndaşı 1 avqust 1988-ci il təvəllüdlü MD Shawa Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarıldığı, bi­lə­rək­dən pasport məlumatlarını dəyişərək 10 avqust 1988-ci il təvəllüdlü Nur Mohammad kimi Azərbaycana yenidən daxil olduğu aşkarlanıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol