• $
  • €
  • ₽
  • ₺
  • £

“Nurgün Holdinq”in prezidentinin oğlunu bu cəza gözləyir

“Nurgün Holdinq”in prezidentinin oğlunu bu cəza gözləyir
28.05.2020 23:58
"Nurgün Motors”un prezidentinin oğlu Əliyev Nurxan YPX əməkdaşını təhqir edib, daha sonra isə onu vurub. Rəşid Behbudov küçəsində "90-AN-949” dövlət qeydiyyat nişanlı, "İnfinity” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yolla paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.

YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə "saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci "saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev avtomaşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib.

Ölkə.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı hüquqşünas Vüqar Səfərli açıqlama verərək bildirib ki, qeyd olunan məsələ ilə bağlı sürücünün əməlləri qanunsuzdur: "Hər halda məsələyə aidiyyətiorqanlar tərəfindən ədalətli hüquqi qiymət veriləcək.

Bununla belə, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin dispozisiyasına görə hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə, müqavimət göstərmə 3 ilədək müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol