• $
  • €
  • ₽
  • ₺
  • £

Formula 1 Azərbaycan Qran Prisinin qalibi Bakıya gələcək

Formula 1 Azərbaycan Qran Prisinin qalibi Bakıya gələcək
23.11.2017 14:46
2017 Formula 1 Azərbaycan Qran Prisinin qalibi Bakıya səfər edəcək.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.

Bildirilir ki, Red Bull komandasının pilotu Daniel Rikkardo 2017 Formula 1 Azərbaycan Qran Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərdə olacaq. 29-30 noyabr tarixlərində baş tutacaq iki günlük səfər çərçivəsində avstraliyalı Formula 1 pilotu paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula 1 azarkeşlərinin sevimlisi D.Rikkardo paytaxtda olarkən, BŞH keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq. Həmçinin, D.Rikkardo səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcək mətbuat konfransında da iştirak edəcək.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai D.Rikkardonun Bakıya səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirib: "Avtoidman həvəskarlarının diqqətinə çatdırırıq ki, 2017 Formula 1 Azərbaycan Qran Prisində möhtəşəm qələbə qazanmış Daniel Rikkardo yenidən paytaxtımızda olacaq. Onun Bakıya səfəri ölkəmizin qonaqpərvərliyini və zəngin tarixi mədəniyyətini bütün dünyaya tanıtmaq baxımından əvəzolunmaz fürsətdir. Bakıda bu il baş tutan Qran Pri yarışı bütün avtoidman ictimaiyyəti tərəfindən 2017-ci il Formula 1 Dünya Çempionatının sürpriz və həyəcanla dolu ən baxımlı yarışı kimi qəbul olundu. D.Rikkardonun Bakıya səfəri 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisinə böyük diqqət və maraq oyadacaq. BŞH Əməliyyat Şirkətinin kollektivi gözəl paytaxtımızı bir daha bütün dünyaya ən gözəl şəkildə təqdim etmək üçün bu fürsətdən istifadə edəcək. Yarışa biletlər artıq satışdadır və fürsətdən istifadə edərək bütün sürət həvəskarlarını Bakıda keçiriləcək növbəti möhtəşəm yarışa – 2018 Formula 1 Azərbaycan Qran Prisinə bilet almağa dəvət edirəm”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol