• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni təhsil naziri bu şəxs ola bilər - FOTO

Yeni təhsil naziri bu şəxs ola bilər - FOTO
29.05.2020 07:45
Bu gün Prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


"Ölkə.Az"ın məlumatına görə, prezidentin digər sərəncamı ilə o, vergilər naziri təyin olunub. Bununla da, Təhsil Nazirliyində rəhbərlik vəzifəsi üçün yer hələlik boş qalıb.


Məlum sərəncamdan sonra ölkə mətbuatında və sosial şəbəkələrdə yeni təhsil nazirinin kim olacağı barədə müxtəlif fikirlər səsləndirilir. Səsləndirilən fikirlər arasında təhsil naziri postuna ən ideal namizəd kimi Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin adı çəkilir. Bir çox təhsil üzrə ekspertlər də məhz Məleykə Abbaszadənin yeni təhsil nazirinə ən ideal namizəd olduğunu bildirirlər.


Qeyd edək ki, Məleykə Abbaszadə cəmiyyətdə kifayət qədər hörmətə sahibdir. O, ölkə təhsilinin inkişafında roluna görə böyük rəğbət qazanıb. Məleykə Abbaszadə 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunandan sonra ölkə təhsilinin inkişafında böyük rol oynayıb. Məhz onun sayəsində həmin illərdə ölkə təhsilindəki çatışmazlıqlar cəmiyyətə açıq şəkildə bildirilib. Orta məktəblərdə tədris planlarının düzgün idarə edilməməsi, şagirdlərin ali məktəblərə daxil olmaq üçün verdikləri imtahan və göstərdikləri nəticələr açıq şəkildə Məleykə Abbaszadə tərəfindən cəmiyyətə çatdırılıb. Onun təşəbbüsü ilə ölkə təhsilində yeni layihələr hazırlanıb.
 



M.Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesi açıq sosio-texniki sistem kimi fəaliyyət göstərməyə başlayıb. Sistemin açıqlığı imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq imtahan prosesinin idarə olunmasınadək bütün mərhələlərdə təmin olunub. Belə ki, M.Abbaszadənin rəhbərliyi və bilavasitə iştirakı ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilib. Sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılıb. Tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib ictimaiyyətə çatdırılması, imtahanların nəticələrinin hər il ayrı-ayrı bölgələrdə keçirilən konfranslarda pedaqoji kollektivlərlə birlikdə müzakirə edilməsi ənənə şəklini alıb. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilib.


Azərbbaycanda İKT-ni tələbə qəbulu kimi kütləvi prosesin idarə olunmasına tətbiq edən ilk təşkilat olan TQDK-da M.Abbaszadənin təşəbbüsü ilə xüsusi proqram-aparat vasitələrindən ibarət, insan faktorunu mümkün qədər aradan qaldırmağa imkan verən qapalı texnoloji dövrələr yaradılıb. Bütün daxili proseslər avtomatlaşdırılıb. Məhz onun sayəsində təhsildəki rüşvət və qanun pozuntuları aradan qaldırılıb.


M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri – "Abituriyent” jurnalı yaradılıb. Əhalinin rahatlığını təmin etmək məqsədilə M.Abbaszadənin təşəbbüsü ilə Azərbaycanın 5 bölgəsində TQDK-nın regional mərkəzləri açılıb. Qəbul imtahanlarının Bakı və Naxçıvanla bərabər Sumqayıt və Gəncə də şəhərlərində keçirilməsinə başlanılıb. Bununla da, bölgələrdəki insanların Bakıya gəlməsi və artıq əziyyət çəkməsinin qarşısı alınıb.


Bütün deyilənləri nəzərə alaraq, bu gün boş qalan təhsil naziri postuna ən ideal namizədin məhz M.Abbaszadə olacağını düşünmək ən doğru variant olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol