• $
  • €
  • ₽
  • ₺
  • £

146 nəfər magistraturaya qəbul imtahanına gəlməyib

146 nəfər magistraturaya qəbul imtahanına gəlməyib
28.05.2020 22:18
Dövlət İmtahan Mərkəzi (DİM) Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.

DİM-dən Trend-ə verilən məlumata görə, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 109 nəfər, bu il isə 146 nəfər imtahana gəlməyib. Xatırladaq ki, iki il bundan öncə isə bu rəqəm dəfələrlə artıq - 1695 nəfər idi.

Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 57.99 faizi (7523 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 49.73 faizə (6087 nəfər) bərabər olub. Həmçinin bu il 41 və daha yuxarı bal toplayanların faizi 77.67 (9508 nəfər), ötən il isə müvafiq göstərici 81.64 faiz (10591 nəfər) olub.

Bu il ümumilikdə 2733 nəfər (22.33 faiz) 40 və daha aşağı bal toplayıb. Ötən il isə müvafiq göstərici 2381 nəfər (18.35 faiz) idi.

Xatırladaq ki, imtahanın birinci mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol