• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı

Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı
16.05.2018 13:14
Bakı şəhəri, 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biridir. III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Leylinin qardaşı da 3 il əvvəl imtahanda 700 bal toplayıb. 
 
L.Əhmədova AzVision.az-a açıqlamasında sınaq imtahanlarında həmişə yüksək bal topladığını deyib.

"Sınaq imtahanlarında hər zaman yüksək nəticə göstərmişəm. Sadəcə qorxduğum kiçik səhvin məni 700 baldan məhrum etməsi idi. Amma hər şey uğurla keçdi və mən maksimum nəticə göstərdim. 11 il ərzində hər zaman yüksək qiymətlərlə oxumuşam və nəhayət, zəhmətimin bəhrəsini gördüm. 3 il əvvəl qardaşım İbrahim II ixtisas qrupu üzrə 700 bal toplayıb, hazırda ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Anam "Riyaziyyat” müəlliməsidir. Bizdə oxumağa meyl ondan gəlib. 4 fəndən hazırlığa getmişəm, amma "Riyaziyyat”dan isə məni qardaşım hazırlaşdırıb ”.

Rekordçu Leyli oxuyacağı təhsil ocağını hələ seçməkdə tələsmir: "Qarşıda hələ 3 ayım var, seçimə tələsmirəm”. 

Leyli, həmçinin çox oxumaqdan gözlərinin zəfilədiyini söyləyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol