• $
  • €
  • ₽
  • ₺
  • £

Bəşər tarixinin ən qorxulu xəstəlikləri - SİYAHI

Bəşər tarixinin ən qorxulu xəstəlikləri - SİYAHI
29.05.2020 07:19
Bu gün dünyanı  "Ebola" adlı xəstəlik hədələyir. Xəstəliyin qorxunc olmasının əsas səbəblərindən biri onun sürətli şəkildə yayılması və əlacının tapılmamasıdır. Ümumdünya Səhiyyə Təşkilatı bu yoluxucu xəstəliklə mübarixə aparmaq üçün milyonlarla dollar pul vəsaitinin lazım olduğunu deyir. Afrika, Asiya və Avropa ölkələrinə yayılan "Ebola" bu müddət ərzində xeyli can alıb və xeyli adam virusa yoluxub. Nigeriya və Seneqalda virusun yayılmasının qarşısının alındığı deyilsə də, təhlükə hələ keçməyib.Əslində, tarixən də bir çox xəstəliklər olub ki, insanlara hakimlik edə biliblər. Xəstəliklər şəhərlərdən şəhərlərə deyil, ölkələrdən ölkələrə, qitələrdən qitələrə keçərək milyonlarla can alıb.ANN.Az bəşər tarixinin ən qorxunc pandemiya və epidemiyalarının siyahısını və qısa tarixini oxuculara təqdim edir: 1. Yustinian Vəba Pandemiyası  - 541-542-ci illər - 100 000 000 ölüBuna elmi dildə "Qara vəba" da deyirlər. Bəşər tarixinin ən böyük ölümcül pandemiyası hesab olunur. Xəstəliyin səbəbi olaraq "Yersinia pestis" adlı bakteriya göstərilsə də, son araşdırmalar bir çox xəstəliklərin vəbaya səbəb ola biləcəyini göstərir. Vəbanın başlanğıc götürdüyü yer tam olaraq bilinmir. Bizans imperatoru I Yustinianın dövründə bu xəstəlik yayıldığına görə onun adını daşıyır. Xəsətlik 2 əsr ayrı-ayrı ölkələrdə tüğyan edir - (541-750).  Xəstəliyin başlanğıcının Misirin Pelusiy şəhərindən 541-ci illərdə götürdüyü deyilir. 544-cü ildə Konstantinopol, 543-565-ci illər İtaliya, 546-cı ildə Qalliya, 590-690-ci illərdə Romada, 664,672, 679 və 683-cü illərdə isə İngiltərədə yayıldığına dair tarixi faktlar var.

 2. Qara ölüm - 1346-1353-cü illər - 50 000 000 ölü"Qara ölüm" - Avropa ölkələrində 1346-53 illərdə baş vermiş taun pandemiyasına deyilirdi.  Həmin dövrdə təkcə Avropada 24 milyon adam - təxminən Avropa əhalisinin ¼-i tələf olub. Qara ölüm 1361 və 1369 illərdə kəskin olmasa da, yenidən özünü göstərib.Böyük Moskva knyazlığında və Yaxın Şərqdə də yayılıb.

3. HİV - AİDS 1981-ci ildən günümüzədək - 39 000 000 ölü İlk AİDS xəstəsi 1981-ci ildə ABŞ-ın Nyu-york və Kaliforniya ştatlarında qeydə alınıb. AİDS diaqnozu qoyulan ilk şəxslərin çoxu cinsi yolla xəstəliyə yoluxmuş "gey"lər və eyni şprislərdən istifadə edən narkotik maddə asılıları idilər. 1983-cü ildə amerikalı və fransız həkimlər xəsətliyin səbəbinin HİV  olduğunu tapdılar və 1985-ci ildə bu virusu təsbit edən qan testləri aparılmağa başlanıldı. Daha sonra AİDS-ə yoluxan xəstələr Afrikada üzə çıxdı. O vaxtdan bəri xəstəliyə yoluxanların sayı artmaq üzrədir. Xəstəlik bir neçə yolla yoluxur - cinsi yolla, narkotik maddələrin bədənə eyni vasitə ilə yeridilməsi yolu ilə, yaxud ata-anadan birinin bu virusa tutulması yolu ilə. Xəsətliyin hələ də dərmanı tapılmayıb.

4. İspan qripi pandemiyası - 1918-1920-ci illər - 39 000 000 ölü Bəşər tarixinin ən böyük qrip pandemiyası kimi tanınır. 18 ay müddətində dünyada 550 milyon adam, yaxud planet əhalisinin 29,5 faizi bu qripə yoluxur. 50-100 milyon adamın öldüyü bildirilir. Epidemiya I Dünya Müharibəsinin sonuncu aylarında İspaniyadan yayılmağa başlayır və ilk aylarda 8 milyon adam virusun daşıyıcısına şevrilir. Həyya İspaniya kralı XIII Alfons da qripə yoluxur. Xəstəliyin qurbanları gənc və sağlam adamlar olur. 

5. Müasir vəba - 1894-1903-cü illər arası - 100 000 000 ölü 1800-cü illərin ən qorxunc xəstəliyi. Bu pandemiya ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, həkimlər xəstəliyin iyləmə qabiliyyəti vasitəsilə yayıldığını hesab ediblər. Odur ki, xəstələrini müalicə edən həkimlər içərisi müxtəlif çiçəklərlə dolu olan və və qorxunc maska taxaraq xəstələrə yaxınlaşırmışlar.

6. II Vəba pandemiyası - 1665-1666-cı illər - 110 000 ölü

7. Böyük London vəbası -1665-1666-cı illər - 1 000 000 ölü

8. III Vəba pandemiyası  - 1817-1823-cü illər - 110 000  ölü

9. Qarın yatalağı epidemiyası - (tif epidemiyası) - 1848-ci illər - 20 000 ölü

10. IV Vəba pandemiyası - 1863-1879-cu illər - 704 657 ölü

11. V Vəba pandemiyası - 1881-1896-cı illər - 981 898 ölü

12. Rus qripi - 1889-1890-cı illər - 1 000 000 ölü

13. VI Vəba pandemiyası - 1899-1923-cü illər - 1.500 000 ölü

14. Asiya qripi - 1957-1958-ci illər - 2 000 000 ölü

15. Honq-Konq qripi - 1968-1969-cu illər - 1 000 000 ölü

16. VII Vəba pandemiyası - 1961-ci ildən günümüzədək - 570 000 ölü

17. Donuz qripi - 2009-cü ildən başlayaraq - 284 000 ölü

18. Haiti Vəba epidemiyası 6 631 ölü 2011-ci ildən başlayaraq

Hazırladı Nuray

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol