• $
  • €
  • ₽
  • ₺
  • £

Agentlik rəhbəri turizm sənayesinin iştirakçılarına səsləndi

Agentlik rəhbəri turizm sənayesinin iştirakçılarına səsləndi
30.06.2018 15:40
Dünən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm və Menecment Universitetində məzunlar qarşısında çıxış edib.

Oxu.Az xəbər verir ki, Nağıyev post-neft dövründə əsas diqqətin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” haqqında fərmanda qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldildiyini bildirib.

Bu strateji istiqamətlərdən biri kimi Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi müəyyən olunub.

Dövlət Turizm Agentliyinin sədri vurğulayıb ki, Azərbaycan dövlətinin, başda prezident İlham Əliyevin gənclərdən əsas gözləntisi ölkə iqtisadiyyatının inkişafında aktiv iştirak etməkləridir. 

Agentlik rəhbərinin sözlərinə əsasən, qurum öz fəaliyyətini yaxın illərdə aşağıda göstərilən prioritet sahələr üzrə inkişaf etdirəcək:

– yeni turizm siyasəti formalaşdırılacacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq; 

– daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək;

– turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək; 

– infrastruktur layihələriylə bağlı yeni inkişaf planları hazırlanıb icra olunacaq;

– dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək; 

– turist məmnunluğunu artırmaq, turistlərin qalma müddətini uzatmaq və mövsümiliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq;

– Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması nəzərdə tutulur.

Sonda Fuad Nağıyev Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarını mərkəzləşdirilmiş qaydada fəaliyyətə və əməkdaşlığa dəvət edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol