Bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilib

Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.
Qurum sərnişinlərdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























