• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslarda gediş haqqı artıb? - FOTO

Avtobuslarda gediş haqqı artıb? - FOTO
29.05.2020 11:12
Bakıda bəzi sərnişin avtobusları qanunsuz olaraq artıq gediş haqqı alır.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, "Xaliq Faiqoğlu” MMC-yə məxsus bir çox marşrutların qiyməti 0.20 qəpikdən 0.25 qəpik olub.

"Ən dəhşətlisi budur ki, 199 nömrəli marşrutun yolunda karta pul vurmaq üçün ödəniş sistemləri yoxdur. Kimin kartının balansı yoxdursa sürücü tərəfindən aşağılanaraq yerə düşməsi tələb olunur”, - deyə Arifə Əliyeva yazıb.

Məsələ ilə bağlı "Xaliq Faiqoğlu” şirkətilə əlaqə saxladıq. Şirkətdən BAKU.WS-ə bildirdilər ki, jurnalist xanımın şikayət etdiyi 199 saylı avtobus əvvəldən 25 qəpik olub.
 


"Bu qiymət Tarif Şurasının qərarı ilə təsdiqlənib. Bundan başqa, bizim rəhbərliyimiz altında "Müşfiqaba qəsəbəsinə işləyən 114 saylı avtobus xətti 30 qəpikdir. Bunları Tarif Şurası müəyyən edib və dövlətin qərarı ilə tariflər müəyyənləşib. Digər xətlərdə gediş haqqı 20 qəpikdir”, - deyə şirkətdən bildirilib.

Kartsız sərnişinlərin avtobusa minərkən sürücülər tərəfindən təhqir olunmasına gəlincə, şirkətdən bildirilər ki, hələlik belə fakta rast gəlinməyib:

"Bununla bağlı hələlik konkret müraciət daxil olmayıb. Əgər belə bir müraciət olarsa, fakt aşkarlanarsa, həmin sürücüyə müvafiq qaydada töhmət və ya digər tənbehedici cəza veriləcək”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol